Dünya futbolu

Ronaldonun komandasında böhran: Onu qovacaqlar

“Əl-Nəsr”on baş məşqçisi Stefano Pioli mövsümün sonunda Səudiyyə Ərəbistanı komandasını tərk edə bilər.

Aut.az xəbər verir ki, italyan mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub, lakin Pioli mövsüm üçün heç bir tapşırığı yerinə yetirməyib. Ona görə də Stefanonun postunu tərk edəcəyi gözlənilir.

İnsayder Nikolo Şiranın sözlərinə görə, mütəxəssis “Roma”nın baş məşqçisi postuna namizədlər sırasındadır. Onunla A Seriyasının digər təmsilçiləri maraqlanır.

Xatırladaq ki, Pioli cari mövsümün əvvəlindən “Əl-Nəsr”ı çalışdırır. O, 25 qələbə, 8 məğlubiyyət və 6 heç-heçə qeydə alınan 39 matçda komandaya rəhbərlik edib.

Xatırladaq ki, aprelin 30-da “Əl-Nəsr” Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində “Kavasaki”yə (2:3) məğlub olaraq, turnirdə çıxışını başa vurub.

Aut.az