“Real”ın düşərgəsində dava – Huşunu itirdi
“Real”ın futbolçuları Federiko Valverde və Orelyen Tçuameni məşq zamanı dava ediblər.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, insidentdən sonra Valverde huşunu itirib və xəstəxanaya aparılıb.
Klubdakı mənbələr vəziyyəti çox ciddi kimi qiymətləndiriblər. Hadisədən sonra təcili iclas keçirilib və toplantıda “Real”ın idarə heyətinin üzvü Xose Anxel Sançes də iştirak edib.
Madrid klubunun paltardəyişmə otağındakı atmosferin maksimum dərəcədə gərgin olduğu bildirilir.
Qeyd edək ki, bu komandanın düşərgəsindəki ilk insident deyil. Müdafiəçi Antonio Rüdigerin klubun əməkdaşı Manolin və komanda yoldaşı Alvaro Karrerasa qarşı güc tətbiq etdiyi bildirilir.
“Real” mayın 10-da La Liqanın 35-ci turu çərçivəsində “Barselona” ilə qarşılaşacaq.
