ÇL-də finalının vaxtı dəyişdirildi
2025/26 mövsümü UEFA Çempionlar Liqasının final oyunu əvvəlcədən planlaşdırıldığından üç saat tez başlayacaq.
Aut.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Arsenal” və PSJ arasında keçiriləcək həlledici qarşılaşma əvvəl nəzərdə tutulduğu kimi saat 23:00-da deyil, Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Turnirin təşkilatçıları bildiriblər ki, matçın başlama vaxtının dəyişdirilməsi “azarkeşlər, komandalar və ev sahibi şəhər üçün oyun gününün ümumi təəssüratını logistika və təşkilati proseslərin optimallaşdırılması yolu ilə yaxşılaşdırmaq” məqsədi daşıyır.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.
Aut.az
