Dünya futbolu

Məşhur futbolçu karyerasını bitirir

Məşhur niderlandlı futbolçu Riki van Volfsvinkel 37 yaşında futboldan ayrıldığını açıqlayıb. O, cari mövsümün sonunda butslarını mıxdan asacaq.

Aut.az xəbər verir ki, bu barədə “Tvente”nin mətbuat xidməti məlumat yayıb.

Van Volfsvinkel 2021-ci ildən bəri “Tvente”də oynayır. Veteran futbolçu bu mövsüm klub səviyyəsində bütün yarışlarda 31 oyunda 10 qol vurub.

Van Volfsvinkel daha çox 2011-ci ildən 2013-cü ilə qədər Portuqaliyanın “Sportinq” klubundakı çıxışı ilə tanınır. O, həmçinin “Vitess”, “Utrext”, “Norviç”, “Sent-Etyen”, “Betis” və “Bazel” klublarında da oynayıb.

2010 və 2013-cü illərdə Niderland millisində iki oyun keçirib.

Aut.az