Qaydasız döyüş

Polun planı baş tutmayacaq: Həbib pul üçün dönməyəcək

Məşhur rusiyalı məşqçi Ramazan İsmayılov keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla amerikalı bloger Ceyk Pol arasında döyüş ehtimalını qiymətləndirib.

Pol daha əvvəl MMA-da debütünü Həbib və ya Konor Makqreqorla etmək istədiyini bildirmişdi.

Aut.az xəbər verir ki, “Sila Sporta” onlayn nəşri İsmayılovun sözlərini sitat gətirib:

“Ehtimal sıfırdır. Həbib pul üçün geri dönəcək adamlardan deyil. Onun buna ehtiyacı yoxdur. Həbib hər şeyi çoxdan deyib və təqaüdə çıxıb. Onun geri dönüşü sadəcə mümkün deyil”.

Nurməhəmmədov 2020-ci ildə 29-0 statistika ilə karyerasını başa vurub.

Aut.az