İspaniya

“Bernabeu”da Nadalla Kurtua Sinnerlə Bellinqemə qarşı – VİDEO

İspaniyanın Madrid şəhərində keçirilən WTA-1000 və ATP-1000 turnirlərinin məşq kortlarından birində tennis və futbol arasında qeyri-adi əməkdaşlıq baş verib.

Aut.az xəbər verir ki, oyun “Real”ın ev stadionu “Santyaqo Bernabeu”da keçirilib.

“Böyük Dəbilqə”nin 22 qat çempionu və karyerasını başa vuran dünya tennisinin keçmiş bir nömrəsi, ispaniyalı Rafael Nadal, “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua ilə birlikdə dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner və “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem tandeminə qarşı oynayıb. Maraqlıdır ki, qüllədə hakim kimi “Real Madrid”in prezidenti Florentino Peres olub.

Aut.az