Almaniyaİspaniya

Klopp  heç vaxt “Real”a gəlməz – Səbəbi bəlli oldu

“Real Madrid”in keçmiş oyunçusu Alvaro Benito alman məşqçi Yurgen Kloppun “kral klubu”na niyə rəhbərlik etmək istəmədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, “Marca” Benitodan sitat gətirib:

“Mən onun modelini ətraflı araşdırdım və bir dəfə onun komandadakı ilk ilinin adətən çox uğurlu olmadığını dediyini eşitdim. O, oyun tərzinə görə o qədər çox məşq tələb edir ki, bəzi oyunçular zədələnir, digərləri komandadan çıxır və sonra modeli üçün hansı oyunçuların uyğun olduğunu müəyyən edir.

O, bura gəlməyəcək. Məsələ burasındadır ki, Klopp gəlsə, özünün bildiyi kimi məşq etdirəcək. Əgər heç kim ona bunu tətbiq etmək imkanı verməzsə, niyə müəyyən bir üsluba malik məşqçi dəvət etməliyik?”

Daha əvvəl bildirilmişdi ki, “”Real”ın rəhbərliyi “Liverpul”un keçmiş məşqçisinin namizədliyini yüksək qiymətləndirir.

Aut.az