PSJ lideri ilə bağlı qərar verdi
PSJ klubu komandanın kapitanı olan müdafiəçi Markinyosu məcburi şəkildə komandada saxlamaq niyyətində deyil.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu klubdan ayrılmaq istəsə, onun seçim azadlığı olacaq. Bu barədə “L’Équipe” məlumat yayıb.
O, digər klublardan gələn təklifləri sərbəst şəkildə dəyərləndirə bilər. Markinyosun PSJ ilə mövcud müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
Qeyd olunur ki, ötən mövsümdə müdafiəçi qərarını son günə qədər uzadıb, lakin sonda Paris klubunda qalmağa qərar vermişdi.
Əgər Markinyos komandadan ayrılmaq istəsə, PSJ artıq onun yerini doldura biləcək alternativ variantlara malikdir, lakin həmin futbolçuların kimliyi açıqlanmır.
Braziliyalı müdafiəçi 2013-cü ilin yayından Paris klubunda çıxış edir. O, bu müddətdə 517 oyun keçirib, 43 qol vurub və 12 məhsuldar ötürmə edib. 2025/2026 mövsümündə kapitan artıq 26 oyunda 2 qol vurub.
Aut.az
