Azərbaycan futbolu

Nəriman oynadı?

ABŞ-da MLS liqasının Şərq Konfransının 8-ci turunun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” səfərdə “Nyu-Enqland Revolyuşn”a 1:2 hesabı ilə məğlub olub.

Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.

“Kolambus Kryu” hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədədir.