Azərbaycan futbolu

“Kəpəz” keçmiş qapıçısını heyətinə qatdı

“Kəpəz” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Aut.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də “sarı-göylər”in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.