Kurban Berdıyev: “Heç-heçə ədalətli nəticə idi”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Şamaxı” ilə 2:2 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.
– Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var idi?
– Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik.
– Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?
– Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.
– Komandanın enişdə olduğunu demək olar?
– Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.
