İspaniyaDünya futbolu

Messi rəsmən bu klubun sahibi oldu

Messi İspaniyanın 5-ci liqasında çıxış dən “Korneli” klubunun sahibi olub.

Aut.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

“Bu addım Messinin “Barselona” ilə sıx əlaqələrini və Kataloniyada idman və yerli istedadların inkişafına olan sadiqliyini gücləndirir. Bu əlaqələr onun “Barselona”da keçirdiyi illərdən başlayıb və bu günə qədər davam edir.

Leo Messinin gəlişi klubun tarixində həm idman, həm də institusional inkişafı stimullaşdırmaq, təməllərini möhkəmləndirmək və istedadlara investisiya qoymağa davam etmək məqsədi daşıyan yeni bir fəslin başlanğıcını qeyd edir. Layihə ambisiyanı, davamlılığı və yerli kökləri ilə güclü əlaqəni birləşdirən uzunmüddətli vizyon və strateji plana əsaslanır”, – klubun açıqlamasında deyilir.

“Karneli” Barselona əyalətindəki Kornella de Llobreqatda yerləşir. Ölkənin beşinci ən güclü liqası olan Kral İspaniya Futbol Federasiyasının Üçüncü Divizionunda mübarizə aparır.

“Korneli” 30 turdan sonra 55 xalla öz qrupunda 3-cü yerdədir və mövsümün sonuna 4 tur qalmış lider “Manresa”dan 5 xal geridədir.

Aut.az