Almaniya

Keyn əsrin rekordunu təkrarladı

“Bavariya”nın hücumçusu Harri Keyn XXI əsrdə top-5 liqalarda bir mövsümdə penaltilərdən vurulan qollar üzrə rekordu təkrarlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Score 90” statistik portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, bu göstərici üzrə əvvəlki rekord Çiro İmmobileyə məxsus idi. O, 2019/2020 mövsümündə Bolonyanın heyətində 11 metrlik cərimə zərbəsindən 15 dəfə fərqlənmişdi. Beləliklə, bu göstəricidə tək lider olmaq üçün Keynə cəmi bir penalti qolu vurmaq kifayətdir.

Bir mövsümdə 14 penalti qoluna imza atan digər ulduz hücumçular isə Kriştiano Ronaldo (2012/2013 və 2019/2020) və Lionel Messi (2011/2012) olub.

Aut.az