Almaniya

Gündoğan irqçi almanlara belə cavab verdi

Almaniya millisinin yarımmüdafiəçisi və türk əsilli kapitanı İlkay Gündoğan yığmanın müxtəlif miqrasiya qruplarından olan futbolçulara ehtiyacı olduğu barədə fikirlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, irqçi fikirlərə qarşı çıxıb:

“Bilirəm ki, mənim kimi insanlara lider kimi ehtiyac var. Çünki bu, Almaniyadakı yeni reallığı əks etdirir. Fərqli görünə bilərik, amma biz də almanlarıq. Mən nümunə ola biləcəyimi bilirəm. Amma bunu çox da vurğulamaq istəmirəm. Özümü çox ciddiyə almaq istəmirəm.

Mən miqrant keçmişimə görə komanda kapitanı olmadım. Onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu, komanda yoldaşlarınızın və məşqçilərinizin sizi necə gördüyü ilə bağlıdır. Siz ancaq o zaman kapitan olacaqsınız ki, komanda sizi açıq, dürüst və yaxşı insan hesab edib tanısın”.

Qeyd edək ki, Almaniyada WDR-nin yüksək profilli sorğusu müzakirə olunub. Dərc edilmiş sorğunun nəticələrinə görə, almanların 21%-i komandada daha çox “ağ” oyunçu görmək istəyir.