Kroosdan Almaniya ilə bağlı təəccüblü açıqlama: 23:00-dan sonra qızımı…
“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, Koroos vətənində təhlükəsizlik probleminin olduğunu bildirib.
“Mən hələ də Almaniyanın böyük ölkə olduğunu düşünürəm. Amma etiraf edirəm ki, bu, bəlkə də 10 il əvvəlki Almaniya deyil. Təhlükəsizlik hissi getdi. Dəyişən məhz budur. Əgər kimsə məndən soruşsa ki, qızımı saat 23:00-da İspaniya və ya Almaniyanın böyük bir şəhərində çölə buraxardımmı, mən İspaniya deməyə üstünlük verərdim”, – “Bild” Kroosdan sitat gətirib.
Aut.az
