Bütün dünya onun bu atışından danışır – VİDEO
Konqo əsilli yapon beysbolçu Çusey Mannami oyundakı epizodlardan biri sayəsində sosial media ulduzuna çevrilib.
Aut.az xəbər verir ki, Yaponiya Peşəkar Beysbol Liqasının “Hokkaydo Nippon Ham Fighters” komandasında oynayan Mannaminin çox güclü atışla topu bazaya doğru göndərdiyi video yayılıb. Görüntü “X” sosial şəbəkəsində 17 milyondan çox baxış və 120 mindən çox bəyənmə toplayıb.
Bu zərbə ABŞ-dan olan istifadəçiləri o qədər heyran edib ki, MLB klubları Mannami ilə maraqlanmağa başlayıblar.
