Fabreqas İtaliya millisinə namizəd olmasından danışdı: Bəlkə…
“Komo”nun baş məşqçisi Sesk Fabreqas yaxın vaxtlarda klubdan ayrılmaq niyyətində olmadığını bildirib.
Aut.az xəbər verir ki, o, həmçinin İtaliya millisində işləmək istəmədiyini vurğulayıb.
“Mən bu layihəyə çox bağlıyam. Heç vaxt bilmirsən, gələcəkdə nə baş verəcək, amma hazırda “Komo”dan ayrılacağımı təsəvvür etmək mənim üçün çox çətindir. Burada nələrə nail ola biləcəyimiz məni həqiqətən ruhlandırır və ümid edirəm ki, uzun müddət qalacağam. Bu, vacib layihədir. Mən özümü rahat hiss etməliyəm və ailəmin də burada xoşbəxt olması önəmlidir. Əgər onlar Komoda xoşbəxtdirsə, mən də qalacağam.
İtaliya millisini çalışdıraram? Bəlkə bir gün. Amma hazırda klub məşqçiliyi ilə çox bağlıyam. Hər gün meydanda olmalıyam. Millidə işləmək bu mərhələdə mənə darıxdırıcı görünərdi, çox boş vaxt qalır. Gələcəkdə, daha yaşlı olanda niyə də yox?”, – deyə Fabreqas “Il Messaggero”ya açıqlamasında bildirib.
İtaliya millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra ispaniyalı mütəxəssisin “Skuadra Adzurra”nın baş məşqçi postuna namizədlər siyahısına daxil edildiyi iddia olunurdu.
Qeyd edək ki, Fabreqasın rəhbərliyi altında “Komo” ötən mövsüm A Seriyasında 10-cu yeri tutmuşdu, hazırkı mövsümdə isə turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Aut.az
