İngiltərə

Bir milyard xərcləyiblər, aldıqları oyunçuları tanımıram – Əfsanə qəzəbləndi

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel klubun transfer siyasətini  tənqid edib.

Aut.az xəbər verir ki, Mikel komandanın bəzi oyunçularını tanımadığını iddia edib.

“Bir milyard funt-sterlinqdən çox pul xərcləmişik, amma əvəzedici kimi meydana çıxıb fərq yarada biləcək bir dənə də olsun oyunçumuz yoxdur. Bir dənə də olsun. Sıfır.

Oyunu izləyərkən bəzi futbolçuların meydana çıxdığını görəndə düşünürəm: “Bu kimdir axı? Kim olduğunu heç bilmirəm!”

“Real” ildən-ilə ən yaxşı oyunçularla müqavilə bağlayır. “Mançester Siti” də eyni şeyi edir. Mən “Çelsi”də oynayan bəzi oyunçuları izlədim və onların kim olduğunu bilmirəm. Onlara qarşı heç bir hörmətsizlik yoxdur, sadəcə tanımıram”, – deyə Con Obi Mikel “The Obi One” podkastında bildirib.

“Çelsi” Premyer Liqada 32 oyundan 48 xalla 6-cı yerdədir.

Aut.az