İspaniya

“Barselona”nın yarımmüdafiəçisi ayrılmaq qərarı verdi

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado ayrılmağa hazırlaşır.

Aut.az xəbər verir ki, jurnalist Alfredo Martinesin sözlərinə görə, 22 yaşlı futbolçu “Barselona”nın baş məşqçisi Hans-Dieter Flikin sisteminə uyğun olmadığını qəbul edib və ayrılmaq qərarına gəlib.

Yarımmüdafiəçi üçün ən çox ehtimal olunan yer Səudiyyə Ərəbistanı liqası hesab olunur. Kataloniya nəhəngi satışdan təxminən 20 milyon avro qazana bilər.

Mark Kasado bu mövsüm “Barselona”nın 30 oyununda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” gənc ispaniyalı futbolçunun transfer dəyərini yni 20 milyon avro olaraq qiymətləndirir.

Aut.az