Çempionlar LiqasıAvropa LiqasıKonfrans Liqası

Danışıqlar başladı: Avrokuboklar üçün topları bu şirkət istehsal edəcək

“Nike” şirkəti Avropa Kubokları üçün top istehsalçısı olmağa yaxındır.

Aut.az xəbər verir ki, UEFA və Avropanın aparıcı klublarını bir araya gətirən UC3, 2027-2031-ci illər arasında Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası üçün oyun toplarının tədarükü üçün “Nike” ilə eksklüziv danışıqlara başlamaq qərarını açıqlayıb.

“Adidas” 2001-ci ildən bəri Çempionlar Liqası üçün toplar tədarük edir. Avropa Liqası və Konfrans Liqası üçün toplar “Decathlon” tərəfindən istehsal olunur.

“Nike” ilə müqavilə bağlansa, UEFA ildə 40 milyon avrodan çox qazanacaq.

Aut.az