Olimpiya çempionu karyerasını bitirdi
Yaponiyalı konkisürən Miho Takaqi 31 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
“Hər şeyin sonu var. Sürətli konkisürmə həmişə mənim bir hissəm olacaq və eyni zamanda, bütün bunların həqiqətən baş verdiyini hələ hiss etmirəm”, – deyə o, mətbuat konfransında bildirib.
Fevral ayında Milanda (Kortina) keçirilən Olimpiya Oyunlarında o, 500 metr, 1000 metr və komanda yarışımda bürünc medal qazanıb.
Onun Oyunlardan ümumilikdə 10 medalı var, o cümlədən 2018-ci il Olimpiadasında komanda yarışında və 2022-ci il Pekin Olimpiadasında 1000 metr məsafəyə qaçışda qızıl medal qazanıb.
Aut.az
