Digər

Kreyq Ridi öldü, BOK bayraqları yarıya endirdi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) keçmiş prezidenti Kreyq Ridi 84 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında məlumat verilib.

Hörmət əlaməti olaraq , BOK Lozanna Olimpiya Evində üç gün ərzində bayrağı yarıya endirəcək.

Ridi 2014-cü ildən 2019-cu ilə qədər WADA-ya rəhbərlik edib. 2012-ci ildən 2016-cı ilə qədər britaniyalı BOK-un vitse-prezidenti vəzifəsində çalışıb.

Aut.az