“Ayın qolu” layihəsində martın qalibləri bəlli oldu
“Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.
Aut.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Münsiflər heyətinin səsinə əsasən, Premyer Liqada Eren Aydın (“Zirə”), 1-ci Liqada Tərlan Quliyev (“Şəfa”), 2-ci Liqada Emil Quluzadə (“Qaradağ Lökbatan”) birinci olub.
