Digər

Əfsanəvi norveçli idman növünü dəyişir

Norveçli ulduz biatlonçu Qida Vestvold Hansen xizəklə tullanma növünə keçməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Hansenin mümkün addımı 23 yaşlı idmançının 2026-cı il Olimpiadasında iştirak etmək istəyi ilə bağlıdır. Məsələ burasındadır ki, qadın biatlonu xizəklə tullanmadan fərqli olaraq Milan və Kortina Oyunlarının proqramında yoxdur.

Hansen əvvəlcə Norveç Yay Tullanma Çempionatında iştirak etmək istəyir. Bu, ona Norveç qadınlarının olimpiya yığmasına düşmək şansını qiymətləndirmək imkanı verəcək.

Hansen iki dəfə Dünya Kubokunu (2022 və 2023-cü illərdə) qazanıb və Dünya Çempionatında beş qızıl medal əldə edib.

Aut.az