Həbib “Real”ın məşqində – VİDEO
UFC əfsanəsi Həbib Nurməhəmmədov “Real Madrid”in məşqinə qatılıb.
Aut.az xəbər verir ki, Həbib məşq etmək üçün meydana daxil olan futbolçuları çəkib və görüntüləri sosial mediada paylaşıb.
7 apreldə “Real Madrid” Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə qarşılaşacaq.
Həbib Nurməhəmmədov daha əvvəl “Atletiko Madrid” və “Barselona” arasında keçirilən oyunu izləyib. Ona Madrid klubunun forması hədiyyə edilib.
Aut.az
