“Barsa”dakı karyerasına görə məyusdur: Gözləyirmiş ki…
Frenki de Yonq “Barselona”dakı karyerasına görə məyus olduğunu etiraf edib.
Aut.az xəbər verir ki, de Yonq Kataloniya klubunda daha çox titul qazanacağını gözləyirmiş. 27 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Barselona”da çıxış edir və bu müddət ərzində çempionluq, İspaniya kuboku və Superkubok qazanıb.
“Etiraf etməliyəm ki, “Barselona” ilə müqavilə imzalayanda 4 il ərzində yalnız La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu (hər birini bir dəfə) qazanacağımı gözləmirdim. Ən azı iki dəfə çox kubok gözləyirdim. Buna görə də məyus oldum. Ancaq proqnozlaşdıra bilməyəcəyiniz şeylər baş verir” dedi de Yonq “Voetbal International”a deyib.
Aut.az
