İtaliya

“Birincisi şok idi, ikincisi kabus, üçüncüsü isə…”

İtaliya millisinin və “Yuventus”un keçmiş hücumçusu Alessandro Del Pyero milli komandanı 2026-cı il dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə tənqid edib.

Pley-off finalında italyanlar bosniyalılara penalti seriyasında uduzublar.

Aut.az xəbər verir ki, Del Pyero “Sky Sport”a verdiyi açıqlamada bildirib:

“Dünya Kubokuna vəsiqə qazana bilməməyimiz ilk dəfə şok oldu, ikincisi kabus idi və üçüncüsü o qədər utancvericidir ki, buna haqq qazandırmaq mümkün deyil.

Rəqiblərimiz bizi öyrənir və bu gün biz lazımi səviyyədə deyilik. Lakin biz italyanlar enerjimizi, yaradıcılığımızı və ixtiraçılığımızı məhz böhran dövrlərində cəlb edirik. Qürurumuzu kənara qoymalıyıq: bizə təvazökarlıq, risk qəbul etməyə hazırlıq və zəhmət lazımdır”.

Aut.az