Premyer Liqada agent ödənişləri: Ən çox kimin xərci çıxıb?
Premyer Liqa klublarının 4 fevral 2025-ci il və 2 fevral 2026-cı il tarixləri arasında futbol agentlərinə və vasitəçilərinə ödədiyi məbləğlər açıqlanıb.
Aut.az xəbər verir ki, 20 yüksək liqa klubunun ümumi xərcləri heyrətamiz həddə – 460 milyon funt sterlinqə çatıb.
Siyahıya Londonun “Çelsi” klubu başçılıq edir və bu müddət ərzində agentlərə 65,1 milyon funt sterlinq ödəyib. Agent haqları 38,4 milyon avro olan “Aston Villa” ikinci yerdədir. İlk üçlüyü isə 37,4 milyon funt sterlinqlə “Mançester Siti” qapayır.
“Liverpul” (33,9 milyon funt sterlinq), “Arsenal” (32,1 milyon funt sterlinq) və “Mançester Yunayted” (31,8 milyon funt sterlinq) da agentlərə xeyli pul xərcləyiblər.
Agent xərcləri ən aşağı olan klublar isə “Bernli” (7,4 milyon funt sterlinq) və “Everton”dur (9,9 milyon funt sterlinq).
Aut.az
