“Bavariya”nın sabiq ulduzunun başı yenə də qalda: Həbs oluna bilər
Münhen prokurorluğu Almaniya millisinin və “Bavariya”nın keçmiş müdafiəçisi Jerom Boatenqə qarşı iş açıb.
Aut.az xəbər verir ki, Boatenq sürücülük hüququndan məhrum edilsə də, avtomobil idarə edib. Bu barədə “Bild” məlumat yayıb.
Boatenq bu qanun pozuntusuna görə cərimə oluna və ya bir ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Təkrar pozuntulara görə ömürlük sürücülük hüququndan məhrum edilmə də mümkündür.
Boatenq əvvəllər keçmiş sevgilisinə hücum etməkdə ittiham olunmuşdu. Münhendəki regional məhkəmə hücum işi ilə bağlı qərar çıxardı və Boatenq 200.000 avro məbləğində şərti cərimə edildi.
Aut.az
