DÇ-2026-nın açılış matçının keçiriləcəyi stadionda faciə
Meksikanın yenidən qurulan məşhur “Astek” stadionunda baş verən faciə nəticəsində bir nəfər həyatını itirib.
Aut.az xəbər verir ki, “Reuters” və “The Athletic” nəşrlərinin məlumatına görə, insident Meksika ilə Portuqaliya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda baş verib. Qarşılaşma stadionun yenidənqurmadan sonrakı test tədbiri kimi təşkil olunub.
Bildirilir ki, sərxoş vəziyyətdə olan şəxs ikinci mərtəbədəki lojadan birinci mərtəbəyə konstruksiyanın xarici hissəsi ilə enməyə çalışıb. Lakin o, tarazlığını itirərək aşağı düşüb.
Qeyd edək ki, “Astek” stadionu 2026-cı il dünya çempionatının beş oyununa ev sahibliyi edəcək. Bunlar arasında iyunun 11-də keçiriləcək açılış oyunu – Meksika – Cənubi Afrika qarşılaşması da var.
Bu arena daha əvvəl 1970 və 1986-cı illərdə mundialın açılış matçlarına ev sahibliyi edib və bununla da tarixdə üç açılış oyununu qəbul edən ilk stadion olacaq.
Aut.az
