Bu gün tibbi müayinədən keçəcək və…
“Bavariya”nın hücumçusu Sadio Mane bazar günü Dubayda tibbi müayinədən keçəcək və bundan sonra “Əl-Nəsr”lə 3 illik müqavilə imzalayacaq.
31 yaşlı seneqallının transferinin məbləği 30 milyon avro olacaq. “Əl-Nəsr”də Mane Kriştiano Ronaldonun komanda yoldaşı olacaq.
Səudiyyə klubunda Mane ildə 40 milyon avro alacaq. O, çıxışından asılı olaraq 10 milyon avro məbləğində bonus ödənişləri də əldə edə bilər.
Mane ötən yay “Liverpul”dan “Bavariya”ya keçib. Münhen klubunda 38 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
