İngiltərə

“Yunayted”in əfsanələrinin oğlanları Superkuboku qazandılar – FOTO

“Mançester Yunayted”in 16 yaşadək komandası bu mövsüm öz yaş kateqoriyasında Premyer Liqa Super Kubokunu qazanılb.

Aut.az xəbər verir ki, MY Kerrinqtonda keçirilən finalda “Bernli”ni 2-0 hesabı ilə məğlub edib.

Komandada “Mançester Yunayted”in iki əfsanəsinin oğulları da var: Kay Runi və Ceysi Kerrik. Onlar təkcə komanda yoldaşları deyil, həm də yaxın dostdurlar.

Ueyn Runi qələbə ilə başa çatan final oyununu həyat yoldaşı Kolinlə birlikdə tribunadan izləyib. Kay Runi təkcə “Mançester Yunayted”in 16 yaşadək futbolçulardan ibarət komandasının deyil, həm də 18 yaşadək futbolçulardan ibarət komandasının daimi oyunçusudur və artıq iki qol vurub.

“Yunayted”in əfsanələrinin oğlanları Superkuboku qazandılar – FOTO

Aut.az