MY dünya çempionunu transfer edir
“Mançester Yunayted” yayda Adrien Rabionu transfer edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rabionun “Yuventus”la müqaviləsi bu yay başa çatır və futbolçu gələcəyinin Avropa çempionatı başlamazdan əvvəl həll olunmasını istəyir.
Fransız futbolçu Çempionlar Liqasında oynayan kluba transfer olunmağı arzulayır. “Mançester Yunayted” isə Avropa Liqasında çıxış edəcək. Bu amil Adrienin qərarına təsir edə bilər.
Bundan başqa, Rabionun turinlilərin növbəti çalışdırıcısı – Tyaqo Motta ilə dostluq münasibəti var. Bu da onun “Yuve”də qalmaq ehtimalını artırır.
Qeyd edək ki, Fransa millisi ilə DÇ-2018-in qalibi olan yarımmüdafiəçi ötən mövsüm 35 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Aut.az

