Ruslar üçün tələb: Ukrayna ilə həmrəylik ifadə edin və…
Beynəlxalq Avtomobil Federasiyası (FIA) rusiyalıların yarışlarda iştirakı üçün tələbləri sərtləşdirib.
Aut.az xəbər verir ki, bu barədə rusiyalı yarış pilotu Sergey Karyakin bildirib.
“May ayında Çində keçiriləcək yarışa getmək istəyirəm – bu, FIA məktubunu imzalamağımın lazım olmadığı yeganə yarışdır. Bu il sürücülərdən “Ukrayna xalqı ilə həmrəylik” ifadə etmələrini tələb edən bir bənd əlavə edildi. Hökumət siyasəti ilə razılaşmamaq və Ukraynaya hücumu pisləmək kimi digər bəndlər də qalmaqdadır. Bu qəbuledilməzdir, ona görə də Dünya Kubokunda iştirak etmək mənim üçün mümkün deyil”.
Aut.az
