Azərbaycan futbolu

Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi dəyişdi

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib. 

Aut.az xəbər verir ki, məlumatı AFFA-nın məthuat xidməti yayıb.

Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
AFFA-nın məlumatı
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.

Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.