Azərbaycan futboluManşetSeçmə

“Neftçi”nin büdcəsi bəlli oldu: SOCAR bu qədər vəsait ayıracaq

“Neftçi”nin yeni mövsüm üçün büdcəsi məlum olub.

Aut.az-ın əldə məlumat görə, geridə qalan futbol ilində fiaskoya uğrayan “ağ-qaralar”a əsas sponsoru SOCAR tərəfindən 26 milyon manat ayrılıb. Bu, ötən mövsümkü büdcə ilə eynidir.

Ancaq klub bu vəsaitin heç də hamısından əsas komanda üçün istifadə etməyəcək. 26 milyonun bir hissəsi futbolçuların, məşqçilərin, işçilərin keçən mövsümdən qalan maaşların və digər borcların ödənilməsinə istifadə olunacaq. Başqa bir hissə isə klubun yeni bazasındakı işlərin yekunlaşdırılması üçün ayrılıb.

Yeni “Neftçi” rəhbərliyi  26 milyonluq büdcə ilə kifayətlənmək istəmir. Klubun Müşahidə Şurası sponsorluq anlaşmaları ilə bu məbləği daha bir neçə milyon manat artırmaq niyyətindədir. “Rahat” supermarketlər şəbəkəsi ilə 1 milyonluq əməkdaşlıq bu yöndə atılan ilk addımdır.

Aut.az