Azərbaycan futbolu

“Sumqayıt”ın komandaları Qətərə getdi

“Sumqayıt” Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları “Aspire” Akademiyasının dəvəti ilə Qətərin paytaxtı Doha şəhərində səfərdədir.

Aut.az xəbər verir ki, komandalar təlim-məşq toplanışı ilə yanaşı “Aspire” Akademiyasının müvafiq yaş qruplarından olan komandaları ilə yoxlama oyunları keçirəcəklər.