Salahdan “Liverpul”a bəd xəbər
“Liverpul”un vingeri Məhəmməd Salah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçirilən cavab oyununda (4:0) əzələ zədəsi alıb.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Həkimlərin proqnozuna görə, Salah bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. O, Premyer Liqanın 31-ci turunda “Brayton”a qarşı keçiriləcək oyunu (21 mart), həmçinin Misir millisinin Səudiyyə Ərəbistanı və İspaniya ilə planlaşdırılan yoldaşlıq görüşlərini (müvafiq olaraq 27 və 30 mart) buraxacaq.
Bununla belə, 33 yaşlı futbolçunun mart ayındakı milli oyunlar fasiləsindən sonra meydana qayıtması gözlənilir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, transfer dəyəri isə 30 milyon avro qiymətləndirilir.
Aut.az
