“Real” şikayət edəcək: Ona niyə qırmızı vərəqə verildiyini bilmirlər
“Real” “el lasiko”da Andrey Luninə qırmızı vərəqə verilməsindən şikayət edəcək.
“Real Madrid” La Liqanın 10-cu turunda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Oyuna əlavə olunmuş vaxtın 10-cu dəqiqəsində “Barsa”nın yarımmüdafiəçisi Pedri meydandan qovulduqdan sonra ehtiyat oyunçuların skamyasının yaxınlığında dava düşüb.
Baş hakim Sezar Soto Qradonun oyunsonrası hesabatında deyilir ki, “Real Madrid”in əvəzedici qapıçısı Lunin insidentdən sonra “rəqibin ehtiyat oyunçular skamyasına aqressiv şəkildə yaxınlaşdığı üçün” qırmızı vərəqə alıb.
Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, “Real Madrid”in qapıçısı Vinisius Junioru rəqib oyunçuların hücumlarından müdafiə edərkən qırmızı vərəqə görüb.
Madrid klubundakı anonim mənbələr Luninin qovulmasını anlamadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildiriblər. Davada iştirak edənlərdən biri qeyd edib ki, futbolçu “Barselona”nın bütün ehtiyat oyunçular skamyasının Viniyə doğru getdiyini görüb və onu qorumaq üçün onun qarşısına keçib.
Aut.az
