“Barselona”da narahatlıq: Ulduzlar cavab vermir
“Barselona” rəhbərliyi müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenkie de Yonqun klubdakı gələcəkləri ilə bağlı hələ də qərar verməmələrindən narahatdır.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İspaniya nəhəngi bu futbolçuların müqavilələrini yeniləmək niyyətində olub-olmamaları ilə bağlı cavab ala bilmir. “Barsa”nın Arauxo və de Yonqun agentləri ilə danışıqlar apardığı vurğulanır. Lakin hazırda heç bir irəliləyiş yoxdur.
Futbolçular müqavilələrini gələn yaya qədər yeniləməsələr, “Barselona” onları satmaq variantlarını nəzərdən keçirməyə başlayacaq. De Yonq və Arauxonun sözləşmələri 2026-cı ilin yayına qədərdir.
Aut.az
