Dünya müharibəmizi undur: Şevçenko bu oyunların əhəmiyyəti haqda
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Ukraynanın DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının beynəlxalq ictimaiyyətə ölkədəki müharibəni xatırlatmaq üçün vacib olduğunu qeyd edib.
Aut.az xəbər verir ki, onun sözlərini “Il Messaggero” sitat gətirib:
“Bu, son dərəcə vacibdir. Dünya müharibəmizi unutmağa başlayır. Hər yerdə münaqişələr baş verir. Oyunçularımız üçün Dünya Kuboku vacib bir peşəkar nümayişdir və ölkəmiz üçün dünyaya mövcud olduğumuzu xatırlatmaq vacibdir.”
Sergey Rebrovun rəhbərlik etdiyi komanda 26 martda İsveçə qarşı oynayacaq və qalib gələrsə, 31 martda Polşa-Albaniya matçının qalibi ilə həlledici matça çıxacaq.
Aut.az
