Qaydasız döyüş

“Həbibi yalnız beysbol dəyənəyi ilə məğlub etmək olardı”

Amerikalı UFC əfsanəsi Daniel Kormye məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun böyüklüyü barədə fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, Nurməhəmmədovun məğlubedilməz döyüşçü olduğunu bildirib:

“Həbibin düşüncə tərzi tamamilə fərqlidir, həyatınızda belə bir şey görməmisiniz. Bəzən düşünürsən ki, hansısa insanın nəyəsə nail olub-olmayacağı necə olacaq. Amma Həbibdə belə sual heç vaxt yaranmayıb. O, sadəcə çempion olmalı idi. Belə adamları məğlub etmək mümkün deyil.

Əgər rəqibə oktaqona beysbol dəyənəyi ilə girməyə icazə versəydilər, onda Həbibi məğlub etmək olardı. Çünki o, o qədər güclü idi… O, qəfəsdə nə edəcəyini bilirdi. Rəqibi də bunu bilirdi. Amma bunun heç bir əhəmiyyəti yox idi”.

Həbib MMA-da 29 döyüş keçirib, 29 qələbə qazanıb və 2020-ci ildə yüngül çəkidə UFC çempionu statusunda karyerasını başa vurub.