Mövsümün ilk yarışında o qalib oldu
“Mercedes” komandasının pilotu Kimi Antonelli Formula 1 Çin Qran-prisinin 2026-cı il mövsümündə qalib olub.
Aut.az xəbər verir ki, Antonellinin komanda yoldaşı Corc Rassell yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü isə “Ferrari”nin pilotu Lyuis Hemilton tamamlayıb. O, komanda yoldaşı Şarl Lekleri geridə qoyub. Hemilton üçün bu nəticə “Ferrari”nin heyətində ilk podium olub.
Yarışı ümumilikdə yeddi pilot başa vura bilməyib. Onların arasında Maks Ferstappen də yer alıb.
“McLaren” komandasının hər iki pilotu — Lando Norris və Oskar Piastri isə texniki problemlər səbəbindən starta çıxa bilməyib.
