Formula 1

Formula 1-də təqvim genişlənir – İstanbul qayıdır

Formula 1 təqvimə mümkün qayıdışdan əvvəl trekin vəziyyətini qiymətləndirmək üçün yaxın vaxtlarda Türkiyədə İstanbul Parkı dövrəsinə baxış keçirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, Türkiyə 2026-cı il mövsümündən əvvəl İstanbuldakı yarışı təqvimə qaytarmağı qarşısına vəzifə qoyub. Türkiyədə mərhələlər 2005-2011-ci illər, eləcə də 2020 və 2021-ci illərdə olub.

Eyni zamanda, Formula 1, təqvimin daim genişlənməsi səbəbindən bəzi mərhələlər arasında fırlanma sisteminə keçə bilər. Bu mövsüm rekord sayda – 24 yarış keçiriləcək.

Aut.az