Dünya futbolu

Argentina millisi Madridə getməkdən imtina edir

Argentina millisi Finalissima oyununun Madriddə keçirilməsi variantını rədd edib.

Aut.az xəbər verir ki, UEFA-nın Argentina və İspaniya milliləri arasında keçiriləcək matçın Dohadakı stadiondan Madriddə yerləşən “Santyaqo Bernabeu” arenasına köçürülməsini təklif etdiyi bildirilir. Jurnalist Qaston Edulun məlumatına görə, Argentina Futbol Assosiasiyası (AFA) bu variantı qəbul etməyib.

Qeyd edək ki, Finalissima Avropa çempionu ilə Cənubi Amerika çempionunun üz-üzə gəldiyi bir oyundan ibarət turnirdir. 2022-ci ildə keçirilən son Finalissima matçında Argentina millisi Londondakı “Uembli” stadionunda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.

Aut.az