Dünya futbolu

Musa Qurbanlı oynadı?

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç kubokunda növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nordik Yunayted”lə qarşılaşıb. Görüş “Yurqorden”in qələbəsiylə başa çatıb – 5:0.

Musa bu görüşdə 72-ci dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib.

“Yurqorden” qrupda 2 turdan sonra 6 xalla liderdir.