İngiltərə

“Liverpul” ulduzu ilə müqaviləni yenilədi

“Liverpul” klubu yarımmüdafiəçi Rayan Qravenberxlə müqavilənin uzadıldığını rəsmi şəkildə açıqlayıb.

Aut.az xəbər verir ki, 23 yaşlı niderlandlı futbolçu ilə yeni razılaşma uzunmüddətlidir. Tərəflər əməkdaşlığı 2032-ci ilin yayına qədər uzadıblar.

Futbolçu komandada qalmasından məmnun olduğunu bildirib:

“Klub və baş məşqçi tərəfindən dərhal etimad hiss etdim, buna görə də qərar vermək asan oldu. Ailəm də burada özünü rahat hiss edir”.

“Liverpul” Qravenberxi 2023-cü ilin sentyabrında “Bavariya”dan 40 milyon avro qarşılığında transfer edib. Cari mövsümdə yarımmüdafiəçi mersisaydlıların heyətində 36 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Aut.az