O qələbədən sonra məşhurlaşan uşaq moda evi ilə müqavilə bağladı – FOTO
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodenin oğlu, dörd yaşlı Ronni Foden modellik agentliyi ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, Ronni “Siti”nin Çempionlar Liqasındakı qələbəsindən sonra məşhurlaşıb. Həmin vaxt Fil oğlu ilə meydançaya çıxıb və qələbəni qeyd ediblər.
Körpənin populyarlığı o qədər böyük oldu ki, Fil, indi demək olar ki, 4 milyon abunəçisi olan “Instagram”da onun üçün ayrıca hesab yaratmalı oldu.
“The Sun” bildirir ki, Ronni “Propel Talent Group” model agentliyinin siması olub və artıq məşhur brendin geyim reklamlarına çəkilib.

Aut.az
