İngiltərə

Fabreqas bunu bacaran ikinci məşqçi oldu

İtaliya A Seriyasının 28-ci turunda “Komo” səfərdə “Kalyari” üzərində 2:1 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, qonaqların baş məşqçisi Sesk Fabreqas bu nəticə ilə klub tarixində mühüm göstəriciyə imza atıb. O, “Komо”nun baş məşqçisi kimi 100 xal həddinə çatan cəmi ikinci mütəxəssis olub.

Klub tarixində daha çox xal toplayan yeganə məşqçi Mario Varliendir. Onun hesabında 114 xal var.