“Real”ın oyunçusu bu sözünə görə meydandan qovulub
“Real Madrid”in cinah oyunçusu Franko Mastantuono La Liqanın 26-cı turunda “Xetafe” ilə oyunun (0-1) sonunda hakim Alexandro Muniz Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Aut.az xəbər verir ki, AS-ın məlumatına görə, 18 yaşlı argentinalı ikinci hissənin əlavə vaxtının beşinci dəqiqəsində hakimin hərəkətlərindən narazılığını bildirməyə başlayıb və dəfələrlə “Bu nə rüsvayçılıqdır, şərəfsiz rüsvayçılıqdır” ifadəsini işlədib və bu, onun meydandan qovulmasına səbəb olub.
Onun iki oyunluq cəza alacağı gözlənilir. “Real” qarşıdakı oyunlarda “Selta” və “Elçe” ilə qarşılaşacaq.
Aut.az
